Azərbaycan I Divizionda 19-cu tur start götürüb.
Fanat.Az xəbər verir ki, millinin yoldaşlıq görüşlərinə görə yaranan fasilədən dərhal sonra baş tutan turun ilk oyun günü iki matç keçirilib. Açılış oyunları qonaq komandaların minimal hesablı qələbəsi ilə yadda qalıb. Lider "Qaradağ Lökbatan" "Səbail-2"ni Sabir Allahquliyevin dublu sayəsində yenərək liderliyini möhkəmləndiribsə, son çempion "Qəbələ-2" isə "Zirə-2"ni bir qolla üstələyib. Beləliklə, "qırmızı-qaralar" ardıcıl 7-ci qələbə sayəsində 2-ci pilləyə yüksəlib.
30 mart (çərşənbə)
“Zirə-2” – “Qəbələ-2” 0:1 Qol: Xəyal Səmədov, 70 Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Erkin Hüseynov “ASK Arena”, 15:00 (pfl.az/canlı) “Səbail-2” – “Qaradağ Lökbatan” 1:2 Qollar: Vidadi Cəfərov, 76-pen. - Sabir Allahquliyev, 70, 80 Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “ASCO Arena”, 15:00 (pfl.az/canlı) Qeyd edək ki, turun qalan oyunları aprelin 1-də keçiriləcək:
01 aprel (cümə)
MOİK – “Sabah-2” Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Maşallah Əhmədov Binə qəsəbə stadionu, 14:30 (pfl.az/canlı) “Turan Tovuz” – “Qarabağ-2” Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Tovuz şəhər stadionu, 14:30 (pfl.az/canlı) “Keşlə-2” – “Sumqayıt-2” Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Eldəniz Musayev “ASK Arena”, 15:00 “Neftçi-2” – “Kəpəz” Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00