Qəbələdə reqbi ilə bağlı seminar keçiriləcək

Qəbələdə reqbi ilə bağlı seminar keçiriləcək

Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində seminar keçiriləcək.

Qaynarinfo xəbər verir ki, dekabrın 20, 21 və 22-ni əhatə edəcək üç günlük seminarda 13 rayon və şəhərdən məşqçilər iştirak edəcəklər.

Seminarda məşqçilərə nəzəri və praktiki dərslər keçiriləcək. Seminarın sonunda iştirakçılara sertifikatla yanaşı, dəstək məqsədilə federasiya tərəfindən toplar təqdim ediləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər