"Qəbələ" "Zirə" oyununda heç-heçə - YENİLƏNDİ

"Qəbələ" "Zirə" oyununda heç-heçə - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edib.

Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdirilib. Qalan vaxtda da qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. 

Azərbaycan Premyer Liqası

XIX tur

14 mart

12:30. "Qəbələ" – "Zirə" 0:0 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Mübariz Hüseynov Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər