"Qəbələ" yeni transferini açıqladı

"Qəbələ" yeni transferini açıqladı

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” iordaniyalı Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-21-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda da çıxış edib.

İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər