"Qəbələ" Türkiyəyə gedir: Rəqibləri də bəllidi

"Qəbələ" Türkiyəyə gedir: Rəqibləri də bəllidi

Mövsümün sürpriz komandası olan “Qəbələ”nin qış hazırlıq planları bəlli olub.

Fanat.Az xəbər verir ki, yanvarın 6-da bir araya gələcək "qırmızı-qaralar" əvvəlcə Bakıda hazırlaşacaq. 

Ayın 15-dən isə əyalət təmsilçisi təlıim-məşq toplanışını Türkiyədə davam etdirəcək. Elmar Baxşıyevin çalışdırdığı kollektiv 10 gün Antalyanın Belek bölgəsində məskunlaşacaq və 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sparrinqlərdən ikisinin adına aydınlıq gəlib.

“Qəbələ"nin rəqiblərindən biri Rumıniyadan “Krayova-1948“ olacaq. Premyer Liqada qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan əyalət təmsilçisinin digər rəqibi “Teplitsa”dır. “Qırmızı-qaralar” Çexiyadan olan sparrinqlə yanvarın 24-də üz-üzə gələcək.

Üçüncü sınaqçı-rəqibin adı qarşıdakı günlərdə məlum olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər