"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək

"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışında yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.

Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər