"Qəbələ" "Səbail"in futbolçusunu aldı - RƏSMİ

"Qəbələ" "Səbail"in futbolçusunu aldı - RƏSMİ
2021-2022 mövsümünün transfer çalışmalarına start verən "Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
2019-21-ci illərdə "Səbail”in şərəfini qoruyan Abbasov iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə bölgə klubunda forma geyinən müdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçudur.
O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər