"Qəbələ" legionerləri ilə müqaviləni yenilədi

"Qəbələ" legionerləri ilə müqaviləni yenilədi

UEFA Konfrans Liqasına hazırlaşan “Qəbələ” iki futbolçusu ilə müqaviləni yeniləyib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Rafael Utziq və Omar Hani daha bir il komandanın şərəfini qoruyacaq.

2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.

Omar isə ötən ilin yayından komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər