"Qəbələ" ilk görüşdə məğlub oldu

"Qəbələ" ilk görüşdə məğlub oldu

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, Antalyada “İC Santai” Futbol Mərkəzində baş tutan ilk sınaqda “qırmızı-qaralar”ın rəqibi Polşa təmsilçisi “Zaqlembe” olub. 

Görüşdə hesabı "Qəbələ" açıb. 9-cu dəqiqədə Fernan Torres komandasını hesabda önə çıxarıb. Ancaq Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv fasilədən sonra üstünlüyünü əldən verib. İki qol vuran Polşa təmsilçisi görüşdən 2:1 hesabı ilə qalib ayrılıb.  

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında növbəti yoxlama oyununu yanvarın 21-də "Borets"ə (Şimali Makedoniya) qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər