"Qəbələ" ikinci sınağından qələbə ilə ayrıldı

"Qəbələ" ikinci sınağından qələbə ilə ayrıldı

Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, əyalət klubu ikinci oyununda Şimali Makedoniyanın "Boreç" kollektivi ilə qarşılaşıb.

Matç 1:0 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb. 

Qeyd edək ki, Qəbələ təmsilçisi ilk sınağında Polşa "Zaqlembe"si ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. 

Yoxlama oyunu

21 yanvar

16:30. Qəbələ - Boreç 1:0

Qol: O. Hani, 11

Qəbələ: 1. K. Atanqana, 7, E. Şahverdiyev, 27. M. İsayev, 4. R. Renato, 6. K. Mirzəyev, 77. E. Səfərov, 9. F. Lopez, 5. İ. Alimi, 14. Ü. İskəndərov, 10. O. Hani, 19. R. Murad.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər