"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi "Dinamo"sunun təşkilatçılığı ilə keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Litvadan "Ateitis", Latviyadan "Riqa" və "Qəbələ" çıxış edəcək.
Reqlamentə əsasən, dairəvi sistemlə keçiriləcək yarışda ilk iki yeri tutanlar final, digərləri üçüncü yer uğrunda oyuna vəsiqə qazanacaq.
Turnirin təqvimi aşağıdakı kimidir:
03.12.2021 17.00 "Dinamo" - "Ateitis" 18.45 "Qəbələ" - "Riqa"
04.12.2021 10.00 "Riqa" - "Dinamo" 11.45 "Qəbələ" - "Ateitis" 17.00 "Ateitis" - "Riqa" 18.45 "Dinamo" - "Qəbələ"
05.12.2021 11.00 Üçüncü yer uğrunda oyun 13.00 Final oyunu
Komanda baş məşqçi Sərdar Qafarovun rəhbərliyi altında 18 futbolçu ilə səfərə yola düşəcək.