“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” çalışmalarını Bakı Olimpiya Stadionunda sürdürür. Elmar Baxşıyevin yetirmələri bu gün sınaq matçına çıxıb. “Qəbələ” 1-ci divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Məhsuldar keçən qarşılaşmada 5 qol vurulub. “Qəbələ” ikinci komanda üzərində 4:1 hesablı qələbə qazanıb.