"Qəbələ" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

"Qəbələ" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira Vakker” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər