"Qəbələ" Antalyadan məğlub qayıdır

"Qəbələ" Antalyadan məğlub qayıdır

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün sonuncu yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, əyalət təmsilçisi Çexiya “Bohemians"ı ilə qarşılaşıb.

Matç rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edə ki, "Qəbələ" ilk sınağında Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzub. İkinci görüşündə isə Şimali Makedoniyanın "Borats" komandasını minimal hesabla yenib - 1:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər