“Qəbələ” iki legionerini göndərdi

“Qəbələ” iki legionerini göndərdi
"Qəbələ” iki futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə apasport.az saytına "qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.
41 yaşlı mütəxəssis iki əcnəbi oyunçu ilə vidalaşdıqlarını söyləyib. Bunlar fransalı yarımmüdafiəçi Nikolas Raysel və nigeriyalı hücumçu Ceyms Adeniyidir. Baş məşqçi bu ayrılıqlara səbəb kimi maliyyə durumunu göstərib: "Adeniyi və Rayselin maaşı yüksəkdir. İndiki büdcə ilə istədikləri maaşı verə bilmərik”.
Qeyd edək ki, "Qəbələ”nin gürcüstanlı yarımmüdafiəçisi Merab Qiqauri də "Keşlə” ilə anlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər