"Qaziantep”in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Superliqa komandasını son iş yeri "Fənərbağça" olan 46 yaşlı Erol Bulut çalışdıracaq.
"Fənər"dən mövsümün gedişində qovulan Bulutla 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Qaziantep”i çalışdırıcısı Rikardo Sa Pintonun müqaviləsinin müddəti mövsümün sonunda bitib və tərəflər əməkdaşlığı davam etdirmək istəməyib.
Atilla
Fanat.Az