Qazax futbolçunun İstanbul nəhənginə keçidi reallaşır - SON DURUM 

Qazax futbolçunun İstanbul nəhənginə keçidi reallaşır - SON DURUM 

"Zenit"in qazax müdafiəçisi Nuralı Əlipin İstanbul nəhənginə tranfseri reallaşmaq üzrədir.

Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, bugünlərdə Əlipin agenti  "Beşiktaş" rəhbərliyi ilə görüşüb.

Məlumata görə, tərəflər danışıqları uğurla başa vurub və yeni qaydalara əsasən, Türkiyə Super Liqasında legioner statusu daşımayacaq Nuralı şəxsən "Beşiktaş"da oynamaqda maraqlıdır. Mənbə "qara qartallar"ın keçidi mümkün qədər qısa zamanda həyata keçirməyə çalışacaqlarını vurğulayıb.

Qazaxıstan millisinin 23 yaşlı üzvü 2022-ci ilin fevralında "Kayrat"dan icarəyə götürülüb. Bu ilin yanvarında Əlipin transfer hüquqlarına yiyələnən "Zenit" müdafiəçini 5 milyon avroya satmaq niyyətindədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər