Qazax futbolçu İstanbul nəhəngində - Komanda yoldaşları ilə vidalaşdı

Qazax futbolçu İstanbul nəhəngində - Komanda yoldaşları ilə vidalaşdı

Moskva MOİK-inin qazax yarımmüdafiəçisi Baktiyor Zaynutdinov karyerasını İstanbul nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Rusiyanın "Çempionat" saytı yayıb.

Xəbərə görə, MOİK Zaynutdinova elçi düşən "Beşiktaş"la razılığa gəlib və sözügedən futbolçu bu gün komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, Moskva təmsilçisi Baktiyoru 2020-ci ildə, 2 milyon avro qarşılığında "Rostov"dan transfer edib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər