Qaret Beyl MLS-ə keçə bilər

Qaret Beyl MLS-ə keçə bilər
Uels millisinin və "Real Madrid"in futbolçusu Qaret Beyl karyerasını MLS-də davam etdirə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira məlumat yayıb. 
Onun tvitter hesabında yazdığı xəbərə görə, 31 yaşlı futbolçu "Los Anceles Qelaksi"nin maraq dairəsinə düşüb. 
Amerika klubu artıq Beylin transferi üçün danışıqlara başlayıb. 
Qeyd edək ki, "Real Madrid"in yeni baş məşqçisi Karlo Ancelotti uelsli futbolçunun xidmətində maraqlı deyil. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər