Qaret Beyl MLS-də çıxış edə bilər

Qaret Beyl MLS-də çıxış edə bilər

"Real Madrid"in hücumçusu Qaret Beyl ABŞ Milli Liqası (MLS) və İngiltərə Premyer Liqasından təklif alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Skira "Twitter" səhifəsində yazıb. 

O bildirib ki, Madrid klubu bu yay müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamayacaq. 

Azad agent olacaq futbolçu artıq ABŞ və İngiltərə klublarından dəvət alıb. 

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildən "Real Madrid"in üzvüdür. O, 2020-2021-ci illlər mövsümünü icarə əsasında "Tottenhem"də keçirib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər