Qaret Beyl: "Azərbaycan oyunu çətinləşdirdi"

Qaret Beyl: "Azərbaycan oyunu çətinləşdirdi"
Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) "AVRO-2020"nin seçmə mərhələ oyunu ilə bağlı danışıb. 
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. "Real"ın futbolçusu xarakter göstərdiklərini sözlərinə əlavə edib: 
"Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq. Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər