Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə də iki matç keçiriləcək.
Öncə “Sabah” Masazırda turnir cədvəlinin "zirzəmi"sində qərarlaşan “Səbail”i sınağa çəkəcək. Bu qarşılaşma Murad Musayevin komandası üçün 3 xal qazanmaq fürsətidir. Təbii, autsayder də rəqib meydanında uduzmamaq üçün bacardığını edəcək.
Günün ikinci görüşündə lider “Qarabağ” “Zirə”nin qonağı olacaq. Ağdamlılar təqibçiləri ilə xal fərqinin artmaması üçün büdrəmək istəmirsə, "Zirə" "Qəbələ"ni yenərək 2-ci pilləyə yüksələn "Neftçi"yə çatmaqda maraqlıdır. Rəşad Sadıqovun yetirmələri bu arzunu reallaşdırmaq üçün ən azı uduzmamalıdır. Qeyd edək ki, dünən iki görüş reallaşıb. “Keşlə” – “Sumqayıt” oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb, “Neftçi” “Qəbələ”ni 4 cavabsız qolla yenib. Azərbaycan Premyer Liqası 20-ci tur 19 mart 16:45 “Sabah” – “Səbail” 1:0
Qol: Kristian Sebalyos, 61.
"Sabah”: 94. Yusif İmanov, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 4. Elvin Camalov (k), 9. Xulio Sezar Rodrigez, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 97. Aleksandr Neçayev, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov Baş məşqçi: Murad Musayev “Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev (k), 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev,38. Zeynəddin Abdurahmanov Baş məşqçi: Aftandil Hacıyev Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov. Masazır. “Bank Respublika Arena”. 19:00 “Zirə” – “Qarabağ” 0:3
Qollar: Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64.
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 13. Ramin Əhmədov Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev Baş məşqçi: Rəşad Sadıqov “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə. Zirə İdman Kompleksinin stadionu.
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 19 | 14 | 4 | 1 | 41-10 | 46 |
| 2 | Neftçi | 20 | 11 | 4 | 5 | 34-23 | 37 |
| 3 | Zirə | 20 | 10 | 5 | 5 | 27-19 | 35 |
| 4 | Qəbələ | 20 | 9 | 6 | 5 | 30-26 | 33 |
| 5 | Sabah | 20 | 8 | 2 | 10 | 25-27 | 26 |
| 6 | Keşlə | 20 | 5 | 4 | 11 | 22-30 | 19 |
| 7 | Sumqayıt | 19 | 3 | 5 | 11 | 12-29 | 14 |
| 8 | Səbail | 20 | 3 | 2 | 15 | 12-39 | 11 |
Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol Filip Ozobiç ("Qarabağ") - 8 qol Abdullah Zubir ("Qarabağ") - 8 qol Coy-Lens Mikels ("Sabah") - 7 qol Kadi Borqes ("Qarabağ") - 6 qol Musa Qurbanlı ("Qarabağ") - 6 qol Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol İsnik Alimi ("Qəbələ") - 6 qol