"Qalatasaray"la "Fənərbağça" arasında növbəti transfer mübarizəsi başlayıb.
Fanat.Az xəbər verir ki, iki İstanbul nəhəngi "Hatayspor"dan Aaron Bupendzanı heyətinə qatmağa çalışır.
"Qalatasaray" və "Fənərbağça" öncə futbolçu üçün 7 milyon avro təklif edib. Amma onların bu israrını görən Hatay təmsilçisinin də iştahı artıb. Əvvəl qabonlu forvard üçün 8 milyon avro tələb edən "Hatayspor" indi daha çox məbləğ istəyir və ən yüksək təklifin gəlməsini gözləyir.
Qeyd edək ki, Aaron Bupendza 2020-ci ildə "Bordo"dan "Hatayspor"a keçib. O, 2020/21 mövsümdə 22 qolla Superliqanın bombardiri olub.
Aydın
Fanat.Az