Türkiyə Super Liqasında 26-cı tura start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış matçında Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb.
Üç qolun qeydə alındığı oyunda meydan sahibəri əzmkar qələbəyə seviniblər. Beləcə, “Konyaspor” uğurlu seriyaya malik “Qalatasaray”ı dayandırmağı bacarıb.
Emreli bu oyuna start heyətdə başlayıb. 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan milli üzvü 79-cu dəqiqədə əvəzlənib.
Türkiyə Super Liqası 26-cı tur 17 mart
Konyaspor – Qalatasaray 2:1 Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.
18 mart
14:30. Kasımpaşa – Ümraniyəspor 17:00. Adana Dəmirspor – Antalyaspor 20:00. Beşiktaş – İstanbulspor
19 mart
17:00. Fatih Karagümrük – Başakşəhər 17:00. Sivasspor – Ankaragücü 20:00. Alanyaspor - Fənərbaxça