“Qalatasaray”ın Bakıya gəliş tarixi dəqiqləşdi

“Qalatasaray”ın Bakıya gəliş tarixi dəqiqləşdi

Martın 26-da "Qarabağ"la xeyriyyə məqsədli yoldaşlıq görüşü keçirəcək Türkiyənin “Qalatasaray” komandasının Azərbaycana nə vaxt gələcəyi dəqiqləşib.

Fanat.Az-ın məlumatına görə, "sarı-qırmızılar" matçdan 1 gün öncə ölkəmizə təşrif buyuracaq.

İstanbul təmsilçisinin saat 19:30-da Bakıda olması gözlənilir. Komanda paytaxtın "Fairmont" otelində məskunlaşacaq.

Xatırladaq ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyunu martın 26-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər