"Qalatasaray"dan transfer bombası: Dünya ulduzu İstanbulda - FOTO

"Qalatasaray"dan transfer bombası: Dünya ulduzu İstanbulda - FOTO
"Nitsa"nın formasını geyinən Mario Balotellinin "Instagram" hesabında aslan rəsmi yer almış foto paylaşması söz-söhbətə səbəb olub.
Fanat.Az xəbər verir ki, "Qalatasaray"ın italiyalı ulduzu İstanbula gətirərək bir otelə yerləşdirdiyi iddia olunub. Bildirilir ki, Balotelli dünən gecə saatlarında Türkiyəyə gəlib. 
 
"Qalatasaray"dan transfer bombası: Dünya ulduzu İstanbulda - FOTO
"Fotomaç" qəzeti iddia edib ki, Balotelli İstanbulda klub rəhbərliyi ilə görüşərək danışıqlar aparıb. Hətta tərəflərin müqavilənin bütün şərtlərini razılaşdırdığı və transferin tezliklə rəsmiləşəcəyi deyilir.
Qeyd edək ki, Balotelli karyerası ərzində İtaliyanın "Lumezzane", "İnter", "Milan", İngiltərənin "Mançester Siti", "Liverpul" və Fransanın "Nitsa" klublarında forma geyinib. 28 yaşlı forvard İtaliya millisində keçirdiyi 36 oyunda 14 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər