Bir müddət öncə Türkiyənin “Qalatasaray” klubu ilə yolları ayıran norveçli futbolçu Omar Elabdellauinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi bundan sonra Norveçin “Budyo Qlimt” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Elabdellaui 2020-ci ilin avqustunda “Qalatasaray”a transfer edilmiş və bu komandada 20 oyuna 1 məhsuldar ötürmə müəllifi olmuşdu. Lakin 2020-ci ildən 2021-ci ilə keçən gecə, Yeni il atəşfəşanlığı zamanı üzündən ağır xəsarət almış, bir gözünün görmə qabiliyyətini itirmişdi. “Qalatasaray” onu sağalana qədər heyətində saxlasa da, bu ilin sentyabrında yolları ayırmağa qərar vermişdi.