Türkiyənin iki nəhəng klubu - "Qalatasaray" və "Fənərbağça" Edin Vişça uörunda mübarizəyə başlayıblar.
Fanat.Az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
"Başakşəhər"də çıxış edən bosniyalı futbolçu hər iki klubun maraq dairəsindədir.
"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin heyətdə görmək istədiyi futbolçu üçün klub rəsmiləri gələn həftə "Başakşəhər"lə danışıqlara başlayacaq. "Fənərbağça"nın prezidenti Əli Koçun buna cavab olaraq hansı addımı atacağı maraqla gözlənilir.
Aygün