"Qalatasaray" transferdən doymur: Daha bir ulduz İstanbula gəldi

"Qalatasaray" transferdən doymur: Daha bir ulduz İstanbula gəldi

Bu günlərdə bir neçə transfer "bomba"sı partladan "Qalatasaray" daha bir ulduz futbolçunu Türkiyəyə gətirib.

Fanat.Az "GS spor haberleri"nə istinadən xəbər verir ki, "sarı-qırmızılı"ların yeni transferi ispaniyalı Xuan Mata olacaq.

Ulduz yarımmüdafiəçinin artıq İstanbula gəldiyi bildirilir. 

Mata mövsümün əvvəlindən klubsuzdur. 34 yaşlı Mata sonuncu dəfə İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edib. O, İspaniya millisində 41 matç keçirib və 10 qola imza atıb. Hazırda onun bazar dəyəri 2,5 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər