“Qalatasaray” “Fənərbağça”ya darmadağınla qalib gəldi

“Qalatasaray” “Fənərbağça”ya darmadağınla qalib gəldi

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş reallaşıb.

“Fatih Karagümrük” - “Konyaspor” dueli heç-heçə bitib.

“Ankaragücü” öz meydanında “Kayserispor”u üstələyibsə, “Girəsunspor” evdə “Ümraniyəspor”a boyun əyib.

Turun mərkəzi qarşılaşması da bu günə təsadüf edib. “Fənərbağça” doğma meydanda əzəli rəqibi “Qalatasaray”a uduzub.

Türkiyə Super Liqası 18-ci tur 7 yanvar

Hatayspor – Antalyaspor 0:0

Beşiktaş – Kasımpaşa 2:1 Qol: C.Tosun, 28. Veqhorst, 45+6 – A.Engin, 69.

8 yanvar

Fatih Karagümrük – Konyaspor 3:3 Qol: Ozdoyev, 7. Dianye, 33. Frey, 88 – M.Diuf, 65; 72; 90+5.

Ankaragücü – Kayserispor 2:1 Qol: Sou, 38. E.Kılınc, 63 - M.Kardozo, 15.

Girəsunspor – Ümraniyəspor 0:1 Qol: Mrşiç, 83.

Fənərbağça – Qalatasaray 0:3 Qol: S.Oliveyra, 32. K.Aktürkoğlu, 78. İkardi, 90+11.

9 yanvar

18:00. Başakşəhər – Adana Dəmirspor 21:00. Alanyaspor – Trabzonspor 21:00. İstanbulspor – Qaziantep

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər