"Qalatasaray" azarkeşləri önündə şapka çıxarıram" - Harri Keyn

"Qalatasaray" azarkeşləri önündə şapka çıxarıram" - Harri Keyn

"Bayern Münhen"in hücumçusu Harri Keyn Çempionlar Liqasının 3-cü turunda səfərdə "Qalatasaray" üzərində qazandıqları qələbəni (3:1) şərh edib.

Fanat.Az xəbər verir ki, ingilis ulduz fikirlərini Almaniya nəhənginin rəsmi saytına bölüşüb:

"Bu, doğrudan da vacib qələbə idi. Fantastik azarkeş dəstəyi fonunda çətin oyun keçirdik. Bizə birinci hissədə daha çox çətinlik yaşatdılar. İkinci yarıda toparlanaraq üstünlük qazandıq və yaxşı futbol sərgilədik. İndi biz 3 oyundan 9 xal toplamışıq ki, bu da yaxşı nəticədir. "Qalatasaray" azarkeşləri önündə şapka çıxarıram. Eləcə də bizi səfərdə dəstəkləyən, əla ab-hava yaran qonaq tərəfdarlar önündə". 

Qeyd edək ki, 9 xalı olan "Bayern Münhen" yer aldığı A qrupunda liderdirsə, "Qalatasaray"ın 4, "Mançester Yunayted"in 3, "Kopenhagen"in 1 xalı var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər