"Qalatasaray" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çıxış edən Julianonu heyətə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb. Mənbəyə inansaq, futbolçuyla klubu arasında maaş məsələsində narazılıq yaranıb və bu üzdən braziliyalı yarımmüdafiəçi iş yerini dəyişməyə qərar verib.
Qeyd edək ki, Juliano 2017-2018 aralığında "Qalatasaray"ın əzəli rəqibi "Fənərbağça"nın da formasını geyinib. O, İstanbul klubunun formasıyla çıxdığı 31 matçda 16 qol vurub.
Fanat.Az