Ukrayna təmsilçisi "Şaxtyor" klubun gənclərdən ibarət komandasının futbolçusu Aleksandr Putkonun "Antverpen"ə qarşı Belçikada keçirilən matçdan - UEFA Gənclər Liqasının oyunundan sonra yoxa çıxdığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "Tribuna.com" Donetsk klubunun bəyanatını belə çatdırıb:
"Aleksandr Rasputkonun "Antverpen"lə oyundan sonra Ukraynaya qayıtmaması faktını təsdiq edirik. Oyunçu çantasını verib, lakin təyyarə uçana qədər gəlməyib.
Oyunçunun necə yoxa çıxdığını bilmirik. Bizdə bu barədə məlumat yoxdur. Klub Rasputkonun tezliklə qayıdacağına ümid edir. Onunla rəsmi məktub göndərdik və beş gün ərzində komandanın düşərgəsinə qayıtmasını tələb etdik".
Ukrayna mətbuatında Rasputkonun Rusiyaya qaçması ilə bağlı iki versiya dərc edilib. Birinci versiya odur ki, oyunçu Rusiyayönümlüdür və bu üzdən komanda yoldaşları ilə problemləri olub. İkinci versiyaya görə, o, sadəcə olaraq “Şaxtyor”la yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Rusiya mətbuatı isə sözügedən futbolçunun Sankt-Peterburq təmsilçisi "Zvezda"ya keçmək üçün Rusiyada olduğunu açıqlayıb. Hərçənd "Zvezda" yayılan informasiyaları təsdiqləməyib.
Nihat