Pyaniçdən sonra "Beşiktaş"a daha bir transfer - Bu dəfə "Bayern"dən...

Pyaniçdən sonra "Beşiktaş"a daha bir transfer - Bu dəfə "Bayern"dən...

"Beşiktaş" heyətinə daha bir ulduz futbolçu qatmağa hazırlaşır.

Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, İstanbul klubu "Bayern"dən Buna Sarrla danışıqlar aparır. Bildirilir ki, Türkiyə və Almaniya klubları 29 yaşlı futbolçunun keçidini həll etmək üzrədir. Sarr "Beşiktaş"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Qvineya əsilli futbolçu Fransa vətəndaşlığı daşıyır. Karyerasına "Mets"də başlayan Sarr 2015-ci ildə 2 milyon avro qarşılığında "Marsel"ə transfer olunub. Ötən il isə "Bayern" onu 8 milyon avroya heyətinə qatıb. Sağ cinah müdafiəçisinin Münhen təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi var. Cari mövsümdə 4 rəsmi oyuna çıxan futbolçu 1 qol vurub. 

Onu da qeyd edək ki, "Beşiktaş" bundan əvvəl "Barselona"dan Miralem Pyaniçi icarəyə götürüb. Kataloniya klubu bosniyalı futbolçunu ötən yay "Yuventus"dan 60 milyon avroya transfer etmişdi.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər