İcarə əsasında "Beşiktaş"da çıxış edən Miralem Pyaniç (Miralem Pjanić) "Barselona"ya qayıtmaq istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi yeni baş məşqçisi Xavinin rəhbərliyi altında əsas heyətə düşmək üçün mübarizə aparmaq niyyətindədir. Onun Xavi pərəstişkarı olduğu bildirilir.
Qeyd edək ki, bosniyalı futbolçu Kataloniya klubuna 2020-ci ildə "Yuventus"dan transfer olunub. "Barselona"da 19 oyun keçirən Pyaniç bu il "Beşiktaş"a göndərilib.
Röya