Rusiya prezidenti Vladimir Putinin 12-13 iyun tarixlərində Bakıya edəcəyi səfərin proqramı açıqlanıb. Fanat.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
I Avropa Oyunlarının açılışında iştirak edəcək Rusiya prezidenti Bakıda bir sıra beynəlxalq görüşlər keçirəcək, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşəcək.
Putinlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da “Bakı-2015”in açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək. Bu məlumatı virtualaz.org saytına prezident Ərdoğanın mətbuat xidmətindən veriblər: "Ərdoğan bu həftənin sonunda Bakıda olacaq".
Fanat.az