Putin telekanallara əsəbiləşdi - "Bakı-2015"ə görə

Putin telekanallara əsəbiləşdi - "Bakı-2015"ə görə
Prezident Vladimir Putin iyunun 12-28-i Bakıda keçiriləcək I Avropa Oyunlarını işıqlandırmaqdan imtina edən Rusiyanın idman telekanallarını tənqid edib. 
Dövlət başçısı cari büdcənin durumu ilə bağlı məhdudiyyətləri anladığını, lakin "Bakı-2015"in önəmli hadisə olduğunu vurğulayıb: “Bu necə baş verə bilər? İndi Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazılı şəkildə bildirdi ki, Bakıda keçiriləcək I Avropa Oyunlarını kütləvi informasiya vasitələrindən, kanallardan heç biri işıqlandırmaq istəməyib. Başa düşürəm. Hazırki büdcənin durumu ilə bağlı məhdudiyyətlər var. Lakin önəmli durumlar var, bu, dünya idmanında, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarıdı".//“Qafqazinfo” 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər