PSJ-nin yetirməsi "Səbail"in hədəfində

PSJ-nin yetirməsi "Səbail"in hədəfində
"Qəbələ” ilə müqaviləsini yeniləməyən Abdelrafik Jerar yenidən Azərbaycana qayıda bilər.
 
Fanat.Az xəbər verir ki, yerli klublarımızdan "Səbail” fransalı futbolçuya dəvət göndərib.
PSJ-nin yetirməsi olan yarımmüdafiəçiyə təklif olunan aylıq qazanc 4 min dollardır. İyirmi yeddi yaşlı mərkəz yarımmüdafiəçisi peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası ilə yanaşı, "Kretey” və "Lans” klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-2019-cu illərdə Belçikanın "Union Sent Jiluaz” klubunun formasını geyinib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər