PSJ-nin hücumçusu "Beşiktaş"a keçir

PSJ-nin hücumçusu "Beşiktaş"a keçir

Qış transfer dövründə heyətinə ulduzlar qatmağı hədəfləyən "Beşiktaş" yeni hücumçusunu Fransada tapıb. Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, ilk növbədə hücum xəttini gücləndirməyi hədəfləyən "ağ-qaralar" Fransa nəhəngi PSJ- nin 21 yaşlı hücumçusu Hüqo Ekitikeni heyətinə qatmaq istəyir. Mənbənin məlumatına görə, İstanbul klubu bu mövsüm PSJ-də az şans qazanan fransız futbolçunu icarəyə götürmək fikirindədir. Qeyd edək ki, Paris klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan 21 yaşlı forvardın hazırkı bazar dəyəri 15 milyon avrodur. Bu mövsüm o, PSJ-nin heyətində cəmi 1 matçda meydana çıxıb və 8 dəqiqə meydanda olub. Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər