"PSJ İtaliya nəhənginin kapitanı ilə razılığa gəldi" - Fabritsio Romano

"PSJ İtaliya nəhənginin kapitanı ilə razılığa gəldi" - Fabritsio Romano

Fransa çempionu PSJ tezliklə öz sıralarında daha bir böyük ad görmək istəyir. 

Fanat.Az xəbər verir ki, söhbət fransızların hədəfində olan "İnter"in kapitanı Milan Şkrinyardan gedir. 

Bu haqda tanınmış insayder Fabritsio Romano məlumar yayıb. Mənbənin məlumatına görə, müqaviləsinin müddəti yayda başa çatdığı üçün slovakiyalı futbolçu mövsümün sonunda İtaliya nəhəngindən pulsuz ayrıla bilər. Lakin transferin dərhal həyata keçirilmə şansı da var. PSJ işləri sürətləndirmək və Şkrinyarı artıq yanvarda sıralarına gətirmək istəyir. Bu halda onlar milanlılara 20 milyon avro təzminat ödəməli olacaqlar. 

Transfer artıq razılaşdırılıb və yeganə sual onun nə vaxt - iyul və ya yanvarda baş tutacağıdır. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər