PSJ ilə azarkeşləri arasında gərginlik - Klubdan radikal addım 

PSJ ilə azarkeşləri arasında gərginlik - Klubdan radikal addım 

PSJ klubu ilə azarkeşlər arasında qarşıdurma davam edir.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, ötən həftə parisli azarkeşlər paytaxt klubunun inzibati binası yaxınlığında etiraz aksiyası keçiriblər. 

Tərəfdarlar Lionel Messi və Neymar da daxil olmaqla, bir neçə ulduz futbolçunun, həmçinin PSJ-nin prezidenti Nasir Əl-Xelaifinin klubdan getməsini tələb ediblər.

Buna cavab olaraq klub yüzlərlə azarkeşin “Trua” ilə oyuna (3:1) gəlmək imkanını məhdudlaşdırıb. Belə ki, “Collectif Ultras Paris” qrupundan olan 450 azarkeşin bileti bloklanıb. Nəticədə onlar stadiona buraxılmayıblar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər