PSJ azarkeşləri bu 3 futbolçunun komandadan ayrılmasını tələb edir

PSJ azarkeşləri bu 3 futbolçunun komandadan ayrılmasını tələb edir

PSJ fanatları klub prezidenti Nasser Əl-Xələfinin, eləcə də futbolçular Lionel Messi, Neymar və Marko Verrattinin Paris təmsilçisindən göndərilməsini tələb edir.

Fanat.Az xəbər verir ki, klubun ultras qrupu rəhbərliyin istefasını tələb etmək üçün PSJ-nin ofisinin qarşısına toplaşıblar.

Azarkeşlər həmçinin Messini təhqir ediblər. Bundan sonra azarkeşlər Neymarın evinin önünə gedərək, “Neymar, çıx get!” deyə, şüarlar səsləndiriblər.

Baş verənlərlə əlaqədar PSJ rəhbərliyi narazı azarkeşlərindən qorunmaları üçün futbolçuların təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməyə başlayıb. Klubun bazasında da təhlükəsizlik gücləndirilib. Azarkeşlərin qəzəbinə daha çox tuş gələn Messi, Neymar və Verrattinin evlərinin ətrafında da təhlükəsizlik tədbirləri görülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər