Postekoğlu "Tottenhem"dən qovulur? - Rəhbərliyin qərarı bilindi

Postekoğlu "Tottenhem"dən qovulur? - Rəhbərliyin qərarı bilindi

Son vaxtlar qeyri-sabit çıxışla diqqət çəkən "Tottenhem"in prezidenti Deniel Levi komandanın baş məşqçisi Angelos Postekoğlunun gələcəyi ilə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Daily Mail" yayıb.

Xəbərə görə, yaxın vaxtlarda yunan əsilli avstraliyalı mütəxəssisin istefaya göndərilməsi gündəmdə deyil. 

59 yaşlı Postekoğlu 2023-cü ilin yayından indiki postundadır. Hotspur təmsilçisi onun rəhbərliyi altında ötən mövsüm 66 xal toplayaraq İngiltərə Premyer Liqasında (İPL) 5-ci olub. Sözügedən çalışdırıcının klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Cari mövsümün geridə qalan 15 turunda 20 xal yığan "Tottenhem" hazırda İPL-in turnir cədvəlində 11-ci sırada mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər