Portuqaliya və Polşa DÇ-2022-yə vəsiqə qazandılar 

Portuqaliya və Polşa DÇ-2022-yə vəsiqə qazandılar 

Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.

Fanat.Az xəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.

Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edərək DÇ-2022-yə vəsiqə qazanıb.

Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb. 

DÇ-2022, pley-off mərhələsi Final 29 mart

22:45. Portuqaliya - Şimali Makedoniya - 2:0 Qollar: Brunu Fernandeş, 32; 65 Portu, "Draqau" stadionu.

22:45. Polşa - İsveç - 2:0 Qollar: Robert Levandovski, 50 (pen.). Pyotr Zelinski, 72 Xojuv, "Şlyonski" stadionu

Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər