Portuqaliya millisinin qapıçısını iki İngiltərə nəhəngi istəyir

Portuqaliya millisinin qapıçısını iki İngiltərə nəhəngi istəyir

Hazırda Portuqaliya millisinin heyətində DÇ-2022-də çıxış edən qapıçı Dioqu Koşta iki İngiltərə nəhənginin diqqət mərkəzindədir.

Fanat.Az "Fichajes" portalına istinadən xəbər verir ki, "Portu"nun qolkiperini "Mançester Yunayted" və "Çelsi" heyətinə qatmaq istəyir.

Məlumata görə, Koştanın agenti Xorxe Mendeş müştərisinin gələcək karyerası baxımından perspektivli və ona yüksək maaş verə biləcək klublarla danışıq aparmaqda maraqlıdır. Mənbə Mendeşin şifahi təklifləri nəzərdən keçirdiyini və İngiltərə təmsilçiləri ilə bir neçə dəfə əlaqə saxladığını vurğulayıb.

"Portu" rəhbərliyinin Dieqonu müqaviləsində nəzərədə tutulan məbləğə - 75 milyon avroya satmağın əleyhinə olmadığı, MY ilə "zadəganlar"ın isə portuqaliyalı qapıçı üçün 50-60 milyon avro xərcləməyi planlaşdırdıqları bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər