Polşa millisinin Bakıya gələcək heyəti açıqlandı

Polşa millisinin Bakıya gələcək heyəti açıqlandı

Dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olacaq Polşa yığmasının heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Blazey Korçinski Bakıdakı oyuna 15 futzalçı dəvət edib.

Oktyabrın 7-də, Bakı İdman Sarayında saat 20:00-da baş tutacaq görüşdə Mixal Klaus (Darkomp Vilanou), Mixal Kaluza (Burela), Raymund Şetsla (Malepszy Arth Soft Lesznov), Pauel Kanevski, Tomaz Kriezel, Yakub Raszkouski, Kasper Sendlevski (hamısı Konstrakt Lubava), Patrik Holi (Red Draqons Pnievi), Mateus Mroviç (Piast Qlivice), Mixal Kubik, Sebastian Leszczak, Bartlomey Naurat, Kamil Surmiak, Mikolay Zastavnik (hamısı Rekord Bielso-Biala) və Kamil Roll (Reyter Torun) baş məşqçinin sərəncamında olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər