"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino özünə yeni iş yeri tapa bilər.
"Tottenhem" 2019-cu ilin noyabrında Poçettinonu istefaya göndərməsinə baxmayaraq, hələ də ona maaş ödəyirdi. London klubu rəsmi qaydada argentinalı mütəxəssisi məzuniyyətə göndərmişdi. Bu müddət ərzində onun başqa klubun başına keçməsi mümkün deyildi.
Fanat.Az "Daily Teleprah"a istinadən xəbər verir ki, mayın 18-də, Premyer Liqanın planlaşdırılan bitiş tarixindən bir gün sonra Poçettinonun "Spörs"lə razılığı başa çatıb. 48 yaşlı çalışdırıcı artıq yeni klubda işləyə bilər.
Poçettino 2014-2019-cu illər aralığında "Tottenhem"i çalışdırıb.
Fanat.Az