PFL "Səbail"in futbolçusunu mükafatlandırdı

PFL "Səbail"in futbolçusunu mükafatlandırdı

“Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

Fanat.Az xəbər verir ki, "Səbail"in yarımmüdafiəçisi Samir Abdullayev bu nominasiyada fərqlənib.

Misli Premyer Liqasının XIV turunun “Səbail” – “Qarabağ” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov mükafatı qolun müəllifinə təqdim edib.

Qeyd edək ki, Samir "Neftçi" (1:3) komandasının yeganə qolunu vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər