"Fənərbağça" argentinalı yarımmüdafiəçi Dieqo Perotti ilə aralarındakı müqaviləyə xitam verib.
Fanat.Az "T24" saytına istinadən xəbər verir ki, futbolçu müqaviləni ləğv etdikdən sonra sosial şəbəkədə keçmiş klubunu təhdid edib : "Tezliklə bu barədə bütün həqiqətləri söyləyəcəyəm".
Xatırladaq ki, futbolçu 2020-ci ildə "Fənərbağça"ya İtaliya "Roma"sından transfer olunmuşdu.
Emin Şəmsiyev