Periçiç "Sabah"da - RƏSMİ

Periçiç "Sabah"da - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, xorvat müdafiəçi Şpiro Periçiç bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.   Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.   Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/13), “Solin” (2013/14), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/15), “Çibaliya” (2017/18), Sloveniyanın “Mura” (2018/19) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.   Periçiç “Sabah”da “55” nömrəli formada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər